“Avro-2015″in elit raundunda 7-ci qrupda mübarizə aparacaq Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının oyunlarının vaxtı açıqlanıb.
Korner.az-ın xəbərinə görə, yığmamız ilk matçında meydan sahibləri Fransa ilə qarşılaşacaq.
Həmin görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, millimiz qrupda Fransa, İngiltərə və Danimarka yığmaları ilə mübarizə aparacaq.