Fransa klubunda baş məşqçi ayrılığı
25.06.2024 , 19:44
![](https://korner.az/wp-content/uploads/2024/06/IMG_1575.jpeg)
Fransa Liqa I təmsilçisi “Havr” baş məşqçisi Luka Elsnerlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sloveniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Elsner 2022-ci ildən “Havr”ı çalışdırırdı.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)