Fransa çempionatında 14-cü turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Sent Etyen" bu tur səfərdə "Nant"ın qonağı olub.
Matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Sent Etyen" 14 turdan sonra 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fransa çempionatı. 14-cü tur.
"Nant" – "Sent Etyen" 0:0
"Sent Etyen": 16.Stefan Ruffie, 2.Teofile Katerin, 6.Jeremi Klement, 8.Benjamin Korgnet (7.Maks Qradel, 62), 13.Riki van Volfsvinkel (10.Renaud Kohade, 85), 18.Fabien Lemoyne, 21.Romeyn Hamuma, 22.Monne-Paket (20.Conatan Brison, 90), 24.Loik Perrin, 26.Bayal Sall, 27.Frank Tabanu.
Ehtiyat oyunçular: 30.Cessi Mulin, 11.Yohan Mollo, 19.Florentin Poqba, 23.Paul Baysse