big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Foqtsa yad olan kəlmələr AFFA-nın baş katibinin dilindən: “Belfasta qələbə üçün gəlmişik”

13.11.2012 , 09:12

Millimizi Belfastda 300 azarkeş dəstəkləyəcək

AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sabah Şimali İrlandiya ilə qarşılaşacaq millimizin oyununu izləmək üçün Belfastda ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Korner.az saytı həmin müsahibəni sizə təqdim edir.

– Millimiz noyabrın 14-də Şimali İrlandiya ilə üz-üzə gələcək. İlk öncə təşkilati məsələlərlə bağlı fikrinizi bildirərdiniz…

– Belfastda, “Vindzor Parks” stadionunda Şimali İrlandiya yığması ilə qarşılaşacağıq. Bu oyunda anşlaqın olacağı gözlənilir. Stadiona azərbaycanlı azarkeşlər də təşrif buyuracaqlar. Təxminən 300 həmyerlimizə bilet paylanılıb. Çoxusu İngiltərədə, Londonda oxuyan tələbələrdir. Əksəriyyətini biz özümüz biletlə təmin etmişik. Bəziləri isə özləri alıblar və bizə xəbər veriblər ki, oyuna baxmağa gələcəklər.

– Belfastda hansı nəticəyə imza atacağımızı gözləyirsiniz?

– Komandamızda itkilər var. Təəssüflər olsun ki, bəzi futbolçular zədə ucbatından kollektivə qoşula bilməyiblər. Kamran Ağayev isə cəzası üzündən bu oyunda bizə kömək edə bilməyəcək. Buna baxmayaraq, millimiz oyuna tam hazırdır. Belfastda komandamız layiqli mübarizə aparıb, 3 xal qazanmağa çalışacaq. Bir sözlə, Belfasta qələbə üçün gəlmişik.

– Vətənə qələbə ilə qayıtsaq, bu nəticə sizin üçün sürpriz olar, yoxsa adi qarşılayarsınız?

– Bu futboldur. Biz bütün oyunlara gedəndə qələbə üçün gedirik. Əvvəlki seçmə mərhələ oyunlarında sürprizlər etmişik, özü də güclü komandalarla oyunda. Məncə, noyabrın 14-də də sürprizə imza ata bilərik.

– Bəs məğlub olacağımız halda, bu seçmə mərhələni yığmamız üçün necə qiymətləndirmək olar?

– Cari seçmə mərhələdə 3 oyun keçirmişik: 1-i ev, 2-si səfər görüşü. İlk matçda öz meydançamızda İsraillə heç-heçə etdik, məzmunlu futbol göstərdik və bununla da azarkeşləri sevindirdik. Ancaq oyun göstərdi ki, biz İsraili məğlub edə də bilərdik. Çünki komandamız həmin matçda yaxşı təsir bağışlamışdı. Əfsuslar olsun ki, imkanlardan maksimum istifadə edə bilməmişdik. Ümid edirəm ki, komandamız Şimali İrlandiya ilə matçda qol vəziyyətlərindən yararlana biləcək.

– Bilirik ki, Şimali İrlandiya Futbol Federasiyasının nümayəndələri ilə görüşmüsünüz. Milli komandamıza, bizim futbola münasibətləri necədir?

– Onlar Azərbaycan yığmasının təhlükəli komanda olduğunu qeyd etdilər və hər an sürprizə imza ata biləcəyini vurğuladılar. Mənim də cavabım o oldu ki, sizin komandanız da güclü komandadır. Hesab edirəm ki, Şimali İrlandiya millimizi udsa, bu onlar üçün də sürpriz nəticə kimi sayıla bilər. Çünki biz artıq ilk xalımızı qazanmışıq və 2 səfər görüşü keçirmişik. Unutmayın ki, səfərdə Portuqaliya və Rusiya kimi komandalara uduzmuşuq. Yəni qrupun ən güclü komandaları ilə səfər görüşümüzü artıq keçirmişik. Hazırda komandada ab-hava yaxşıdır və bizim Belfastda 3 xal qazanmaq imkanımız var. Yığmamız Belfasta məhz qələbə dalınca gəlib.

– Sizə elə gəlmir ki, biz Şimali İrlandiya ilə oyunu evdə oynasaydıq, daha əlverişli olardı?

– Biz təqvimi müəyyənləşdirərkən, Azərbaycanda 17 yaşlı qızlar arasında keçirilən dünya çempionatını nəzərə alaraq, qərar verdik. İlin son oyununu evdə oynamaq yaxşıdır. Amma biz düşündük ki, seçmə mərhələnin son görüşünü Azərbaycanda keçirək. Bildiyiniz kimi, təsnifat mərhələsinin son oyununu evdə Rusiyaya qarşı keçirəcəyik. Baş məşqçi və mən təqvimi müzakirə edəndə, ona çalışdıq ki, seçmə mərhələnin son oyununu ölkəmizdə keçirək. Fikrimcə, ən önəmlisi də budur.

Son yazılar

To Top