big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Foqts vicdanla işləyir” – MÜSAHİBƏ

12.01.2013 , 08:38

19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Arif Əsədovun Rusiya mətbuatına müsahibəsi

– Demisiz ki, yığma Qranatkinin xatirə turnirinə 2 həftə qalmış toplanıb. Məgər belə bir şey mümkündür?
– Ən çətini düzgün seleksiya işidir. Burda səhv etmək olmaz. Məni bu komandaya noyabrda məşqçi təyin ediblər. İlk toplanışa 35 yerli futbolçu dəvət etmişdik, dekabrda isə əsasən Rusiyadan olan “xarici” azərbaycanlıların durumuna baxdıq. Bakıya təxminən 20 nəfər gəlmişdi. Ancaq xaricdə oynayanlardan yalnız turnirə 4-nü gətirdik.

– Federasiya keçmiş SSRİ ərazisində olan azərbaycanlıları hansı formada izləyir?
– Bizdə xüsusi skaut bölməsi fəaliyyət göstərir. Bundan başqa federasiyanın saytında səhifə yaradılıb. Bura istənilən azərbaycanlı oyunçu, onun valideynləri və ya agentləri daxil olub anket formasını qoya bilər. Sonra bu məlumatın üzərində iş gedir, biz Moskva, Peterburq və digər futbol məktəblərində uşaqlara baxırıq. Bəzən onları seleksiya toplanışına dəvət edirik.

– Ötən turnirdə Peterburq məktəbindən Azərbaycan yığmasına 4, bu il isə 1 futbolçu cəlb olunub. “Zenit” akademiyası Azərbaycan futboluna inkişafda kömək edir? Burda ziddiyyət yoxdurmu?
– Hazırda bu məktəbdən yığmada yalnız mərkəz müdafiəçisi olan Elvin Bədəlov çıxış edir. Ancaq biz artıq 1996-cı il doğumlu uşaqlara baxırıq. Peterburqda çox ciddi məktəb və məşqçilər var. Onlar Rusiyada ən yaxşılardan biridir! Mən burda ziddiyyət görmürəm. Biz öz yığması üçün oynamaq istəyən azərbaycanlıları yığmaya dəvət edirik!

– Rus məşqçilər və ya rəhbərlər buna qarşı çıxmır ki?
– Bilirsiz, peşəkarlar həmişə güzəştə getməyi bacarır. Biz Moskva “Lokomotiv”indən oyunçunu komandaya dəvət etmək istəyirdik. Ancaq onu gənc komanda ilə toplanışa apardılar. Əlbəttə ki, biz ona belə imkan yaratdıq. Onsuz da həmin futbolçunun əsas komandaya düşmək şansı var. Futbolçumuzun belə bir klubda inkişaf etməsi bizim üçün də yararlıdır.

– Bütün gənc rusiyalılar Azərbaycanın patriotudur?
– Bundan əvvəl biz oyunçu, onun valideynləri ilə danışırıq. Maraqlanırıq ki, o, yığmada oynamağa hazırdırmı. Əgər “50-nin 50-yə” – birdən Rusiya millisindən də təklif alacağını düşünürsə… Belə oyunçulardan imtina edirik.

– Bir neçə il sonra Rusiya yığması Azərbaycanla oynayanda öz yetirmələrinə qarşı oynaya bilər? Püşk müntəzəm olaraq bizim komandaları eyni seçmə mərhələyə salır.
– Nə etməli, deməli, əlavə intriqa olacaq (gülür). Azərbaycanda Rusiya ilə matçlarda ağlasığmaz ajiotaj yaşanır. Sizin yığmanın fonunda biz futbolumuzun nə dərəcədə inkişaf etdiyini görürük. Azərbaycan Payızda Moskvada layiqli çıxış etdi. Fikrimcə, Bakıda maraqlı oyun alınacaq.

– “Lujniki”dəki matçın gedişatını qanunauyğun hesab edirsiz? Nəticədə Fabio Kapellonun yetirmələri sonda qolu vurdu. Üstəlik, mübahisəli penaltidən sonra.
– Oyunun gedişatında ruslar daha yaxşı göründü. Biz baş məşqçi Berti Foqtsun tələb etdiyi kimi möhkəm müdafiədən oynayırdıq. Penalti xüsusən də matçın sonlarında təyin olunanda suallar doğurur. İstənilən halda, Bıstrova toxunma vardı. Ancaq əmin deyiləm ki, belə bir vəziyyət olsaydı, hakim bizim xeyrimizə “ağ nöqtə”ni göstərəydi. İstənilən səviyyədə olan meydan sahiblərinin həmişə bir qədər üstünlüyü olur.

– Bu ilin aprelində Foqts Azərbaycanda 50 illik işini qeyd edəcək. Müddət, razılaşarsız ki, çox böyükdür. Almaniyalı bu müddətdə sizin həmyerlilərinizə oyun intizamını, oyun təşkilini aşılamağı bacardımı?
– Siz düzgün qeyd etdiz. İntizam baxımından bizim futbolçuların çoxunda axsama vardı. Bu yöndə irəliləyiş var.

– Almaniyalı məşqçi hansısa seminarlar təşkil edir, bütün yaş qrupunda olan yığmalarda əlaqə yaratmağa cəhd edir? Yoxsa Rusiyada Dik Advokat kimi pulunu qazanmaq üçün ancaq matçlara gəlir?
– Yox. Foqts vicdanla işləyir. Gənc millilərin rəhbərləri müntəzəm olaraq toplanır. Biz eyni istiqamətdə işləyirik. Yanvarın sonlarında 3 yığma – U-21, U-19 və U-17 Türkiyənin Antalya şəhərinə birgə toplanış keçmək üçün yola düşəcək.

Son yazılar

To Top