big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Foqts: “AFFA rəhbərliyi başqa fikirdə olsa, bunu hiss eləsəm, gedərəm” (MÜSAHİBƏ)

06.05.2013 , 12:01

Foqts “Bakı”nı yalançı çıxartdı.

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun müsahibəsi

Biz 25 oyunçuyla hazırlıq görəcəyik. Lüksemburqla oyuna qədər heyəti dəyişdirməyəcəyik. Mayın 25 -də Qətərə yola düşəcəyik. Mənə lazımdı ki, oyun təcrübəsi az olan futbolçuları sınaqdan keçirim. Kubokun finalında “Neftç
i”dən iştirak edən Mahir, Araz və Rəşad, “Xəzər Lənkəran”dan isə Rahid və Elnur bizimlə Qətərə gedə bilməyəcək. İlk növbədə onu qeyd edim ki, Lüksemburqla oyunda cəza səbəbindən Vüqar Nadirov və Rauf Əliyev də iştirak etməyəcək.

– Araz Abdullayevlə probleminizi həll eləmisiniz deyəsən?
– Arazla oturub söhbət etmişik. Gəncdi, səhvə yol verə bilər, əsas odu ki, səhvini başa düşüb, üzr istəməyi bacarıb. Bu çox xoş haldı. Məncə, belə bir oyunçuya şans vermək lazımdı. Bu, nə medianın, nə də digərlərinin təzyiqi ilə baş verməyib. Arazı özüm milliyə çağırmışam. Bundan başqa, Əfran və Vaqifin də hazırki forması məni qane etmir. Onların iştirakını bir neçə oyun izləyəcəm. Bu baxımdan Arazı çağırmışam ki, rəqabət artsın. Bilirəm ki, Lüksemburqla oyunda bir hissə oynayıb. U 21-in Makedoniya ilə oyununda iştirak üçün həmin yığmanın heyyətinə yollanacaq. Mən çox sevinirəm ki, millidə artıq Vaqiflə Əfranın alternativi var. Arazın son üç oyununa baxmışam və çıxışını bəyənmişəm.

– “İnter”dən Asif Məmmədov necə, heyətə qoşula bilərmi?
– “İnter”dən Asif Məmmədovu mən də, köməkçim Nazim Süleymanov da izləyib. Çempionat səviyyəsində güclü futbolçudu. Lakin fikrimcə, beynəlxalq arenada daha sürətli futbol oynayırlar. Həmçinin onun mövqeyində bizim Vaqif, Əfran, Cihan kimi futbolçularımız var.

– Xüsusən Rauf Əlieyvin yoxluğunda millimizin hücum xətti dişsiz görünür, Cihan Özkara və Branimir Subaşiç isə praktika baxımından əziyyət çəkir.
– Hücum mövqeyinə gəlincə, mən sizinlə razıyam ki, Subaşiç və Cihan uzunmüddətdi ki,oynamır. Ona görə də Qətərlə oyunu təşkil edirik. Amma Branimir təcrübəli oyunçudu. Məncə, o, təcrübəsi ilə komandaya kömək edə bilər. Sözsüz ki, biz Lüksemburqu udmaq istəyirik və bunu edə bilərik. Bunun üçün sürətli futbol və təbii ki, istək olmalıdı. Bu işdə Branimirin təcrübəsi bizə kömək ola bilər. Mən onu Qətərdə bir daha sınaqdan keçirəcəm.

– Hamı Lüksemburq üzərində qələbə gözləyir. Məğlub olsanız vəziyyət qəlizləşir. Belə olsa istefa verəcəksiniz?
– Mənim müqaviləm var və onun sonuna qədər işləmək istəyirəm. Amma AFFA rəhbərliyi başqa fikirdə olsa, bunu hiss eləsəm, gedərəm. Mən komandama güvənirəm. Lüksemburq Şimali İrlandiya ilə səfərdə heç-heçə oynayıb. Səfər matçlarında müdafiə meyilli və sıx oynayır. Amma biz düzgün hazırlıq keçsək və orta xətlə yox cinahları işlətsək, Lüksemburqu məğlub edə bilərik.

– “Atletiko” Bakıya gəldi, amma siz millinin oyunçularının bu kluba qarşı oynamasına niyə razılıq vermədiniz?
– Şəxsən mənə sual verilməyib ki, milli komanda “Atletiko” ilə oynasın. Kim deyir ki mən buraxmamışam?

– “Bakı” klubunun rəhbərliyi… Siz demisiniz ki, mən məsləhət görmürəm.
– Yenə deyirəm, mənə belə təklif olunmayıb. Heç baş katib və AFFA prezidentinə də deyilməyib. Bakıya gələndə eşitmişəm ki, “Atletiko” gəlir. Bu, sırf “Atletiko” və “Bakı” arasında olan müqavilədi. Yenə deyirəm, mənə bu barədə heç bir təklif olunmayıb. Yalnız demişəm ki, inanmıram “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” çempionatın sonunda, belə bir qızğın vaxtda oyunçularını buraxsın.

ANS PRESS

Son yazılar

To Top