big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

Finala yarım addım qalmış (YAZI)

13.04.2014 , 23:46

Çempionlar Liqasının yarımfinal mərhələsinin iştirakçıları artıq bəlli oldu. İspanların bu il də göstərdikləri hegemonluq göz önündədi. Həm Çempionlar Liqasında, həm də Avroliqada ispanların ümumilikdə dörd təmsilçisi var. Və bu da onu göstərir ki, ispanlar hələ önümüzdəki iki-üç ildə də hegemonluqlarını qoruyub saxlayacaqlar.

“Real” (Madrid) – “Bavariya”

Bu oyunda favorit kimi “Bavariya” göstərilsə də, rəqibin kim olduğunu da unutmamaq gərəkdi. Çünki rəqib sıradan klub deyil, “Real”dı (Madrid). Nəyə görə münhenlilər bu cütün favoriti sayılır? Çünki onlar son illər, demək olar ki, rəqib tanımırlar. Önlərinə gələni “əzib-keçirlər”. Münhenlilərin Bundesliqanın bitməsinə səkkiz tur qalmış – mart ayında çempionluğu rəsmiləşdirməsi onların gücündən xəbər verir. Və onu da nəzərinizə çatdırım ki, “Bavariya” bu mövsüm bütün turnirlər nəzərə alınmaqla cəmi iki dəfə məğlub olub. İlk məğlubiyyəti Çempionlar Liqasının qrup mərhələsində öz meydanında “Mançester Siti”dən alıb – 2:3. İkincisi isə Bundesliqada səfərdə “Auqsburq”a qarşı 0:1 hesablı məğlubiyyət olub. Özü də bu məğlubiyyət çempionluq rəsmiləşəndən sonra qeydə alınmışdı. Həmçinin “Bavariya” Almaniyada yeganə klubdur ki, mart ayında çempion olub. Bunun özü ayrıca bir rekorddu.
Qvardiola “Barselona”dakı futbol fəlsəfəsini Münhen klubunda da uğurla həyata keçirir. “Bavariya” turnirin qalibi olsa, şübhəsiz, Pep də 2014-cü ilin ən yaxşı baş məşqçisi mükafatına sahib çıxacaq.
“Bavariya”nın heyətində, demək olar ki, problem yoxdu. Sadəcə Tyaqo Alkantara zədə zəbəbindən hər iki oyunu buraxmalı olacaq. Ümumilikdə, “Bavariya” “Real”a (Madrid) oyuna yüksək ruhla çıxacaq. Bunu Münhen təmsilçisinin həm oyunçularının, həm məşqçilər heyətinin, həm də klub rəhbərlərinin dediyi müsahibələrə əsaslanaraq söyləyirəm. Özlərinə inamları hədsiz çoxdu.
“Bavariya”yla müqayisədə, madridlilərin şansları aşağı qiymətlə dəyərləndirilir. Komandanın lideri Kristiano Ronaldo 15 gün yaşıl meydanlardan uzaq qalacaq və onun ilk oyunu buraxma ehtimalı da var. Belə olan təqdirdə madridlilərin işi çox çətin olacaq. Çünki komanda liderinin meydanda olmaması digər oyunçulara da mənfi təsir edir və özlərinə inamı sanki itirirlər. Biz bunu “Borussiya”yla (Dortmund) oyunun cavab qarşılaşmasında gördük. Düzdü, dortmundluların vurduğu hər iki qol müdafiənin səhvindən oldu, amma 90 dəqiqə ərzində Ronaldonun meydanda olmaması sözünü deyirdi. Ronaldo əksər vaxtı oyunu öz üzərinə götürə və hücumu məntiqi sonluqla başa vura bilir. Həmçinin onun bitiricilik qabiliyyəti də var. Onun yoxluğunda isə bu vəzifələr bütövlükdə Benzemanın öhdəsinə düşür, lakin o da bu keyfiyyətlərə sahib oyunçu deyil. Henrix Mixtaryanın qaçırtdığı yüzfaizlik qol epizodlarını nəzərə alsaq, madridli oyunçular bəxtlərinə şükür etməlidirlər.
Maraqlı bir faktı da qeyd edim ki, “Real” (Madrid) bu mövsüm iki alman təmsilçisini turnirdən kənarlaşdırıb. Qrup mərhələsində “Şalke”ni və 1/4-də “Borussiya”nı (Dortmund). Yarımfinalda isə rəqib daha güclü, daha əzəmətli “alman tankı” “Bavariya”dı. “Real” bu rəqibini də udsa, böyük hərflə ƏHSƏN demək lazımdı.
İlk oyun “Santyaqo Bernabeu”da keçiriləcək və cütün taleyi bu oyundan çox asılı olacaq. İnanmaq çətindi, ancaq “Real”a (Madrid) ilk oyunda ən azı iki top fərqli qələbə lazımdır ki, cavab oyununa rahat çıxsın. Necə ki dortmundlularla ilk oyunda madridlilər böyükhesablı qələbə qazanmış və özlərini, bir növ, sığortalamışdıar. Əks təqdirdə “Alyans Arena”da “Bavariya”nın necə futbol nümayiş etdirəcəyini təsəvvürə gətirmək belə, tükürpədicidi…

“Atletiko” (Madrid) – “Çelsi”

“Land of fire Azerbaijan”-lı “Atletiko” (Madrid) uğur ardınca uğur qazanmaqdadı. Bu, Azərbaycan adına da böyük işdir. 
Əslində “Atletiko”nun (Madrid) yarımfinala kimi gəlib çıxması əksər futbol azarkeşləri üçün sürpriz oldu. “Zolaqlılar” sonuncu dəfə Çempionlar Liqasında 1973-74-cü illər mövsümündə iştirak etmiş və finala qədər yüksəlmiş, o vaxtdan bu turnirə vəsiqə belə, qazana bilməmişdilər. Bu mövsüm isə artıq bu sindroma son qoydular. Nəinki turnirə vəsiqə qazandılar, hətta qrupdan çıxaraq, yarımfinala qədər gəlib çıxıblar. “Atletiko” (Madrid) yeganə klubdur ki, bu mövsüm ÇL-də məğlub olmayıb. 
1/4-də favorit kimi “Barselona” göstərilsə də, “Atletiko” (Madrid) göstərdiyi super performansla favoritin kim olduğunu sübut etdi. Yarımfinalda da şanslar bərabərdi. 
Mourinyonun gəlişi “zadəganlar”da elə ruh yüksəkliyi yaradıb ki, gəl görəsən. Düzdü, məğlub olduqları oyunlar olub, amma bu, komandada mənfi ab-hava yaratmır, əksinə, özlərində güc toplayaraq növbəti oyunlarda bu məğlubiyyətlərin əvəzini artıqlamasıyla çıxırlar.
İlk matçda iki top fərqiylə məğlub olanda çoxu “Çelsi”nin artıq heç bir şansının qalmadığını düşünürdü. Lakin cavab oyununda vəziyyət 180 dərəcə dəyişdi. Hər şey göz qabağında oldu və bu haqda danışmağı lazım bilmirəm. Oyundan sonra Britaniya mətbuatında Jozeni “İncredible One”, yəni “İnanılmaz biri” adlandırmışdılar. Maraqlıdı, turnirin qalibi olsa, nə deyəcəklər?
Tibo Kurtuanın hər iki oyunda iştirak edə bilməyəcəyi xəbəri yayılsa da, UEFA onun iştirakına hər hansı qadağa olmadığını bəyan etdi. Yəni Bildiyimiz kimi, Tibo Kurtua müqavilə ilə “Çelsi”yə məxsusdu və o, “Atletiko”da icarə əsasında oynayır. Müqaviləyə əsasən isə Tibo “Atletiko”nun “Çelsi”ylə qarşılaşacağı heç bir oyunda iştirak edə bilməz. Lakin UEFA Tiboya komandasına kömək etmək şansı verib. Əgər iki komanda arasında belə bir müqavilə imzalanıbsa, UEFA-nın araya girməsi nə dərəcədə doğrudu, bilmirəm?!

Ramil Qasımov

Son yazılar

To Top