Danışılmış oyunların sayını azaltmaq üçün bir neçə yola əl atan FİFA bu dəfə daha ağır cəza tətbiq edib.
Korner.az-ın məlumatına görə, danışılmış oyunların təşkilində iştirak edən futbolçunun karyerasına birdəfəlik son qoyulacaq. Artıq bu cəza ilk ünvanını tapıb. Maltalı futbolçu Kevin Samut və Qanadan olan Mark Eduseyin futbolla məşğul olması qadağan olunub.