Ekvador Futbol Federasiyasının prezidenti Luis Çiriboqa polisə təslim olub.
Korner.az-ın məlumatına görə, FİFA ətrafında cərəyan edən korrupsiya qalmaqalının fiqurlarından olan Çiriboqa haqqında həbs-qətimkan tədbiri seçilən kimi bu addımı atıb.
Onun vəkili Lusiya Vallesiliya 69 yaşlı funksionerin məhkəmədən ev dustaqlığı istəyəcəyini bildirib. Artıq Ekvador hökuməti Çiriboqanın bank hesablarını dondurub. Bundan başqa Ekvador Futbol Federasiyasının daha 2 məmuru da axtarışdadır.