İspaniyaın "Atletiko" (Madrid) klubunun hücumçusu Radomel Falkao haqqında gəzən transfer xəbərlərinə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, qış fasiləsində "Real" (Madrid), "Mançester Siti" və "Çelsi" klublarından birinə keçəcəyi bildirilən kolumbiyalı "snayper" bütün bu xəbərləri yalanlayıb.
Falkao rəsmi açıqlama verərək Madrid klubundan qışda deyil, yay fasiləsində ayrıla biləcəyini bildirib.