Korner.az-ın məlumatına görə, kolumbiyalı hücumçu “Tottenhem”in gənclər komandasına qarşı keçiriləcək oyun üçün heyətə daxil edilib. Həmçinin, qapıçı Viktor Valdes və müdafiəçi Rafael də qarşıdakı oyunda meydana çıxacaq. Falkao bu komandada həftəsinə 260 min funt sterlinq qazanır.
Qeyd edək ki, “Monako”dan transfer olunan Falkao cari mövsüm Premyer Liqada 17 matça çıxıb və cəmi dörd qol vura bilib.