İtaliyanın “La Gazzetta dello Sport” nəşri Fakkettinin adına tərtib etdiyi mükafatı “Roma” klubunun kapitanı Françesko Tottiyə təqdim edib.
Korner.az-ın məlumatına görə, bu mükafat hər il özünü yaxşı göstərən futbolçuya və ya baş məşqçiyə təqdim olunur. 2012-ci ildə bu mükafata İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli layiq görülüb. Ötən il isə imükafatı “Barselona”da çıxış edən müdafiəçi Erik Abidal muzeyinə götürüb. Bu dəfə meydanda özünü yaxşı tərəfədən apardığına və göstərdiyinə görə beynəlxalq mükafata Totti sahib çıxıb. “Roma” klubunun aparıcı lideri mükafatlandırmadan sonra açıqlama verib:
“20 ildir “Roma”da çıxış edirəm. Bu klub həyatımın bir parçasıdır və ona olan sevgim sonsuzdur. “Roma”da bir sıra titullar qazanmışam. Fakkettinin adıyla bağlı bu mükafat da onlar arasında yer alacaq”
