Fəridin komandası darmadağın oldu
12.06.2020 , 16:20
Çexiyada I Dvizionunda XXII turunun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə “Hradeç Kralove” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Nəbiyev matçın 23-cü dəqiqəsində əvəzlənib.
“Viktoriya Jijkov” hazırda 38 xalla 5-ci pillədə qərarlaşıb.