Qadın voleybolçuların Türkiyə Superkubokuna yekun vurulub.
Korner.az-ın məlumatına görə, final matçında “Vakıfbank”la “Fənərbağça” münasibətlərinə aydınlıq gətiriblər.
Görüşün qalibi tay-breykdə müəyyənləşib. Oyunun gedişində 2:1 hesabı ilə geri düşən “sarı-lacivərdlilər” böyük əzm nümayiş etdirərək 5 set sonunda qələbə qazanıblar.
“Fənərbağça” – “Vakıfbank” – 3:2 (25:18, 23:25, 23:25, 25:14, 15:9)