Fərid oynadı, komandası qalib gəldi
19.06.2020 , 16:21
Çexiya II Liqasında XXIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” səfərdə “Yihlava”ya qalib gəlib – 1:0.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 58-ci dəqiqədə əvəzlənib.
“Viktoriya Jijkov” 44 xalla 3-cü pillədə qərarlaşıb.