“Fənərbağça”nın son məşqində şok qalmaqal yaşanıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bruno Alveşin Salih Uçana sərt müdaxiləsi məşqdə davaya səbəb olub.
Komandanın kapitanları Əmrə və Volkan Alveşin üzərinə gedib ona sərt bir şəkildə etirazlarını bildiriblər.
Baş məşqçi Ərsun Yanal olaya qarışaraq Alveşi məqşdən qovub və paltardəyişmə otağına göndərib.