big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Elnur Əşrəfoğlu: Xəqani Məmmədovun qabağa getməsində mənim də rolum olub (MÜSAHİBƏ)

24.11.2014 , 06:36

"Neftçi"nin prezident müşaviri Elnur Əşrəfoğlunun Korner.az-a müsahibəsinin ikinci hissəsi.

Birinci hissəni buradan oxuya bilərsiz.

– Mübahisəli epizodlar olmasaydı, Zaqataladan xal və ya xallarla qayıda bilərdiz?
– Əlbəttə. Haqsızlıq olmasaydı,bəlkə də vəziyyət başqa cür olacaqdı. “Neftçi” məgər belə zəif komandadır? Qapımıza penalti təyin olundu və həmin penalti oyunun taleyini həll etdi.  Daha sonra “Neftçi”nin iki penaltisi verilmədi.  Bu da azmış kimi, “Neftçi”nin qapısına ikinci penalti təyin olunur! İkinci penalti ilə biz mübahisə etmirik, penalti var idi və qapıçımız da topu qaytardı. Yəni, özünüz də görürsüz. “Nefçi”nin də penaltisi var idi,  onu vursaydıq, hesab bərabərləşərdi, yaxud “Neftçi” irəlidə olacaqdı. Oyun ərzində heç bir qərar bizim lehimizə olmadı, hamısı əleyhimizə idi… İndi lider “Qarabağ” yox, “Neftçi” ola bilərdi.

– Aqressivliyiniz nəticəsində klub cəzalana bilər. Nə etdiyiniz fərqindəsiz?
– Bilirsiz, bu bizim ölkədə adi hal alıb. Azərbaycan futbolunda elə ünsürlər var ki, vaxtında onların cavabını vermək lazımdır. Mən belə düşünürəm. Əlbəttə, ola bilsin, mənə qarşı cəza tətbiq edilsin. İntizam Komitəsindən də bir ricam odur ki, düzgün hərəkət etsin. Əgər hər hansı qərar verəcəklərsə, bütün etirazları və məsələni tam olaraq araşdırıb versinlər. Araşdırsınlar və görsünlər ki, burda günah kimdə olub.

– Münaqişə bir anlıq qəzəbin, yoxsa illərdi yığılıb qalan ədavətin təzahürü idi?
– (gülür) Xəqani Məmmədovu mən uşaqlıqdan tanıyıram. Bu gün Hakimlər Komitəsinin sədridi, mən isə onu 25 ilə yaxındır ki, tanıyıram. Məmmədov özü də çox gözəl bilir ki, onun beynəlxalq dərəcəli hakim adı almasında mənim əməyim çox böyük olub. Sizə uzaq keçmişdən bir əhvalatı danışım. 1994-cü ildə UEFA-nən prezidenti Bakıya gəlmişdi. O vaxt da AFFA-nın inzibati binası yerləşirdi, Hüsü Hacıyev küçəsində, keçmiş Şahmat  klubunun yanında. Orda UEFA prezidentinin mətbuat konfransı keçirilirdi. Mən həmin mətbuat konfransında gənc jurnalist olaraq çıxış edirdim. UEFA prezidentinə sual verdim ki, “Nəyə görə azərbaycanlı hakimlərə beynəlxalq dərəcəli statuslar verilmir? Bizdə hakimlik məktəbi güclü olub. Tofiq Bəhramov Dünya Çempionatının finalını idarə edib, Eldar Əzimzadə Olimpiya Oyunlarının finalını idarə edib. İndi bizdə də belə hakimlər var. Nəyə görə onlara adlar verilmir?” O isə cavabında bildirdi ki, bu faktla bağlı məlumatsızdır və tapşıracaq ki, məsələ araşdırılsın. Mətbuat konfransından dərhal sonra UEFA-nın baş katibi mənə yaxınlaşıb soruşdu ki, ”Siz bu ada hansı hakimləri layiq bilərsiz?” Mənim fkrimi öyənmək istəyirdi. Mən isə orda 3 nəfərin adını qeyd etdim: Xəqani Məmmədov, Asim Xudiyev və Tahir Süleymanov. Üstündən heç 2 ay keçmədi ki, Xəqani Məmmədova UEFA-dan beynəlxalq dərəcəli hakim adı gəldi. İndi Xəqani Məmmədov o faktı dansa da, bunu Tahir Süleymanov, Asim Xudiyev çox yaxşı xatırlaya bilərlər, həmçinin o tədbirdə iştirak edən futbol ictimaiyyətinin nümayəndələri. Bunu demək də məqsədim odur ki, mənim onunla heç bir düşmənçiliyim yoxdur. Televiziyada,verilişlərdə də fikir mübadiləsi aparmışıq, qonağımız olub. Sadəcə olaraq,  Xəqani Məmmədov hansısa prinsip aparırsa, buna özü cavabdehdir.

– Məgər bu ölkədə qayda-qanun yoxdur? Əgər “Nefçi”yə qarşı iddida etdiyiniz kimi qərəz varsa, bununla bağlı müvafiq quruma müraciət edə bilərdiz.
– Bununla bağlı xüsusi komitələri var və biz belə hallarla bağlı lazım olsa müraciət edirik, edəcəyik də. “Qarabağ”-“Neftçi” oyunundan sonra hakim səhvləri ilə bağlı AFFA-ya müraciət ünvanlamışdıq və üstündən ayyarım keçdikdən sonra Xəqani Məmmədovun imzası ilə kluba cavab gəldi. Özü də etiraf etdi ki, bəli, hakimin səhvləri olub. Orxan Mənnədova da cəza verilib. Həmin oyundan sonra Orxan 4 tur Premyer Liqadan kənar qaldı. Yəni, indi də hansısa hakim səhvləri varsa, özünüz də görürsüz ki, videolarımızı yayırıq. Lazım gəlsə, rəsmi şəkildə məktubla da müraciət edəcəyik. Lazımi təşkilatlara da sözümüzü deyirik. Bir sözlə, haqqımızı tələb edirik

– Son 4 ildə 3 dəfə çempion olmağınız da “Netçi”yə qərəzin göstəricisidir?
– “Neftçi” gücünə görə çempion olub. “Neftçi”nin də gücü onda olub ki, ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksəlib. Son olaraq, Avroliqanın pley-off nərhələsində oynayıb. Bunlar hamsı “Neftçi”nin gücüdür. Və “Neftçi” bu günün komandası  deyil. Bu klub 1937-ci ildə yaranıb. Azərbaycan futbolunun flaqmanıdır və bu gün heyətində çox güclü futbolçular var. Yerli futbolçularını da görürsüz, hamısı milli komandalarının üzvləridir. Legionerlərinə də nəzər yetirsəz, bilərsiz ki, “Neftçi” heç vaxt yanlış addım atmayıb. 
Bu oyuna qədər “Neftçi” lider idi. İndi liderliyi əldən verib, vaxtı gələndə yenidən ora qayıdıb çempion olarıq. “Neftçi”ni təmiz, ədalətli oyunla məğlub edənləri həmişə alqışlayacağıq. Eləcə də ədalətli hakimliyi. Ancaq bu gün bzə qarşı qərəz, ədalətsiz qərarlar varsa, biz haqq səsimizi ucaltmalıyıq.

– Son 2 ildə klubunuz neçənci dəfədi ki, bu səpkili münaqişə yaşayır, yaşadır. Belə deyək, “Neftçi” artıq “qalmaqallar klubu”na çevrilib. Bu Sadıq Sadıqovun öz kadrlarına ərköyün yanaşmasının nəticəsidir?
– Sizə bir məlumat verim ki, Sadıqov Sadıqov idmanda birinci günün adamı deyil. O, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. Sadıq Sadıqov ölkə prezidenti cənab İlham Əliyev tərəfindən idman sahəsində gördüyü müstəsna işlərə görə “Tərəqqi” medalı ilə təltif olunmuş şəxsdir. Sadıq Sadıqov Azərbaycanda dövlət bədən tərbiyəsi və idmanı xadimidir. Özünüz bilirsiz ki, Sadıq müəllim “Neftçi” İSM-ə rəhbərlik edir və həmin mərkəzin nümayəndələri  dünya, Avropa  və olimpiya çempionlarıdır. Yəni,burda hər hansı qalmaqaldan söhbət gedə bilməz. Biz, yenə deyirəm, haqqımızı tələb edirik. Oturub keçmişdəki hadisələri analiz edirik və nəticə çıxartmağa çalışırıq. Ancaq bu gün üzümüzə baxa-baxa, gülə-gülə, hırıldaya-hırıldaya qərəzli qərarlar qəbul edirlərsə, haqq səsimizi yüksəltməliyik.

Ürfan Məmməd

Son yazılar

To Top