big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Elnur Əşrəfoğlu: “Həmişə sən gələndə “Neftçi” uduzur” cümləsini işlətməmişəm” (MÜSAHİBƏ)

21.11.2014 , 20:29

Premyer Liqanın 12-cii turu çərçivəsində keçirilmiş “Neftçi”-“Simurq”oyununda  bir sıra xoşagəlməz hallar müşahidə olundu. Daha dəqiq desək, oyun bitdikdən sonra bakılıların prezident müşaviri Elnur Əşrəfoğlu ilə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov arasında əvvəlcə sözlü, sonra isə əlbəyaxa dava baş verdi. Elnur bəy Məmmədova "Sən "Neftçi"nin oyununa gəlmə. Sən gələndə biz uduzuruq" deyib. Söz davası söyüşə də keçib, deyilir.
Bəs Əşrəfoğlu nə deyir?

– Ümumiyyətlə, Zaqatalada oyunlar həmişə gərgin keçir. Bu da onunla əlaqədardır ki, “Simurq”un, Zaqatalanın çox çılğın azarkeşləri var. Klub öz evindəki əksər oyunları çox yaxşı keçirib, elə son oyun da bura daxildir. Oyun gərgin keçdi. Doğrudu, çoxsaylı hakim səhvləri var və biz barədə mətbuata da danışmışıq. Bir faktı da qeyd edim ki, “Neftçi” də özünə oxşamırdı, yəni həmin oyunda “Neftçi” elə də güclü təsir bağışlamadı, zəif nöqtələrimiz çox idi.

– Oyun bitdikdən sonra Xaqani Məmmədovla aranzdakı münaqişəyə aydınlıq gətirə bilərsiz?
– Bu haqda mən artıq bir neçə Kütləvi İnformasiya Vasitəsinə danışmışam, məsələ haqqında sizə də məlumat verim. Xaqani Məmmədovla üzbə-üz gəldim, dişlərini ağardaraq gülürdü. Bu da mənə pis təsir etdi və ona dedim ki, “sən bir də “Neftçi”nin oyununa gəlmə”. Səbəbini də özü yaxşı bilir. Çünki Bakıda “Qarabağ”ın “Neftçi” ilə oyunu keçirilir, turun mərkəzi oyunu, nəinki turun Azərbaycan çempionatının mərkəzi oyunu. Həmin oyuna Xaqani Məmmədov gəlmir, amma 500 km məsafə qət edib, gəlir “Simurq” – “Neftçi” oyununa . Çünki qərəzlidir. Özünüz də bilirsiz ki, Xaqani Məmmədovun təsiri çox böyükdü hakimlərin idarəçiliyində. Və əlbəttə ki, dünənki qarşılaşmada Fariz Yusifov kimi peşəkar hakimin, təcrübəli hakimin qeyri-peşəkar qərarlar qəbul etməsində Xaqani Məmmədovun rolu böyükdür. Belə fikirləşir və deyirəm.

– Əvvəlcə bunu dəqiqləşdirək: hakim səhvi, yoxsa qərəzi?
– Qərəzi. Epizodlar “Neftçi”nin rəsmi saytında yayılıb, əgər mümkünsə, siz də baxın, onları da saytınızda yerləşdirin. Birinci qapımıza penalti təyin olunduğu epizodda penaltidən söhbət belə gedə bilməz, çünki Emil Balayev rəqibin futbolçusuna heç toxunmur. Bu zaman Fariz Yusifov hadisənin baş verdiyi yerdən 20 metr aralı olsa da, penalti təyin edir. Daha sonra isə “Neftçi”nin iki penaltisi verilmir, Flavinyoya qarşı ilk hissədə kobudluğa göz yumulur. İkinci hissənin son dəqiqələrində “Simurq”un futbolçusu əli ilə oynayır, sanki voleybolda libero funksiyasını yerinə yetirir. Məgər, bunu da görmədi? Yaxşı Fariz Yusifov bunu görmədi, Xaqani Məmmədov ora neçə nəfər hakim aparıb, qapının arxasına da hakim qoymuşdu. Arxada dayanan hakim Diniyev idi, səhv etmirəmsə. Həmin epizodları çox gözəl görə bilərdi. Necə ki, ilk epizodda gördü yanlış qərar verdiyini. Çox gözəl bilirdilər ki, həmin epizodda penalti var idi, ancaq vermədilər. Məqsəd İsayevə qarşı açıq-aşkar kobuluq oldu, ancaq həmin vəziyyətdə cərimə zərbəsi təyin olunmadı, hələ mən vərəqədən danışmıram, heç oyun saxlanılmadı! Və bu cür epizodlarda əlbəttə, komandanı “sındırır”. Bu turda 4 oyun keçirildi hamısında hakimliklə bağlı etirazlar var. Bu isə o deməkdir ki, Xaqani Məmmədov işinin öhdəsindən gəlmir və postunu təhvil verməlidir.

– Nə etmisiz ki, Xaqani Məmmədov kluba düşmən olub?
– Söhbət tək bizdən getmir, bütün klublarda hakimliklə bağlı narazılıqlar var. Sadəcə olaraq, bu gün Xaqani Məmmədov işinin öhdəsindən gələ bilmir. Əstağfürullah, nə düşmənçilik? Bizim heç kimlə düşmənçiliyimiz yoxdur. Öz haqqımızı tələb edirik. Bu gün AFFA rəhbərliyi tərəfindən futbolun inkişafı üçün tədbirlər görülür, bu sahəyə xüsusi qayğı var. Təkcə hakimləri götürək. Onlara yüksəkdərəcəli qonorarlar verilir, Polşa, Sloveniya, Türkiyə kimi ölkələrə təlim-məşq toplanışına gedirlər. Amma əvəzi nədir? Oyunlara çıxırlar, inkişafa kölgə salırlar.

– Məmmədovu söydüyünüz doğrudur?
– Mən istənilən zaman dediyim sözün arxasında dayanmışam. Yəni, orda birinci Xaqani Məmmədov başladı və cavabını da aldı. Mən orda demişəm ki, “Neftçi”nin oyununa  gəlmə”. Heç orda “həmişə sən gələndə “Neftçi” uduzur” cümləsini işlətməmişəm. Yalan söhbətdir, heç elə bir şey olmayıb, o yanlış olaraq hansısa saytda dərc olunub. Həmin informasiya o jurnalistin qərəzi sayəsində yayılıb, bunu da çox yaxşı bilirəm. Sadəcə olaraq demişəm ki, sən burdan-bura “Qarabağ”la oyuna gəlmirsən, amma Zaqatalaya qaçıb gəlmisən. Fariz Yusifov belə təcrübəsiz hakimdir ki, ona nəzarət etməyə gəlmisən? O neçə ilin hakimidir, sən gəlmisən ki, ona məsləhət verib, qərəzini nümayiş etdirəsən. Və bilinirdi ki, o ora gəlməli idi, işinin də üzərində dayanmalı idi ki, “Neftçi” uduzsun.

Ürfan Məmməd
(ardı var)

Son yazılar

To Top