“Düşünmürəm ki, “Qarabağ”dan çəkinək” – Roman Bejak
23.10.2019 , 18:43
Avropa Liqasının qrup mərhələsinin III turunda sabah “Qarabağ”ın qonağı olacaq Kiprin APOEL klubunun futbolçusu Roman Bejak oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Avqustda etdiyinizi təkrarlamağa hazırsızmı?
– Çalışacağıq ki, bunu edək. Hazırda xalımız yoxdu. Qələbəyə çox ehtiyacımız var.
– “Qarabağ”da qorxduğunuz nədi?
– Düşünmürəm ki, “Qarabağ”ın hansısa cəhətindən çəkinməliyik. Onları bu il bir dəfə üstələmişik. Həvəslə, ruhla oyunumuzu ortaya qoysaq, istədiyimiz nəticəni qazanacağıq.
– “Qarabağ” sizin evdə uduzduğunuz “Düdelanj”ı səfərdə darmadağın etdi. Həmin matça əsasən Azərbaycan klubu barədə nə düşünürsüz?
– Bu, keçmişdi, tarixdi. Hər yeni matç 0:0 hesabı ilə başlayır. Ona görə də əvvəlki matçlar elə də əhəmiyyət kəsb etmir.