Avropa Liqası qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Dnepr” klubunun baş direktoru Andrey Stesenko rəqibləri dəyərləndirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, Andrey qrupun çətin olduğunu qeyd edib:
“Hesab edirəb ki, çətin qrupa düşmüşük”. “İnter” Avropanın top klublarındandı. Onlarla oynamaq həmişə çətin olub. Doğrudu, “İnter” turnirə önəm verməyəcək və bizə əvəzedici heyəti göndərəcək bu bizi sevindirir. Fransız klublarına gəlincə, onlarla mübarizə aparmaq çətindi. “Qarabağ”a da bunu aid etmək olar Düzünü desəm,”Qarabağ”ı tanımıram. Amma son dövrlərdə Azərbaycan futbolu inkişaf edib. Klublarının qrup mərhələsində oynaması da bunu sübut edir. Düşünürəm, onlarla da rahat olmayacaq”
Xatırladaq ki, “Qarabağ” klubu “Tvente”ni məğlub edərək qrup mərhələsində oynamaq şansı qazanıb
