big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Divizion klublarının cəzası açıqlandı

11.03.2020 , 16:16

FFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Korner.az xəbər verir ki, iclasda I Divizionun XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt-2” – “Keşlə-2” oyununda “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. Qarşılaşmanın 77-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Sərcan Omarov kobud oyuna görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klub 160 manat cərimələnib.

“Sabah-2” – “Neftçi-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. Topdaşıyan və xərəkdaşıyanlar oyuna gec gəldiyinə görə “Sabah” komandası 80 manat cərimələnib.

“Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilmədiyinə görə “Qarabağ” komandası 80 manat cərimələnib.

“Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib. Tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilmədiyinə görə “Zaqatala” komandası 80 manat cərimələnib. Hakimlər Komitəsinin müraciətinə əsasən İntizam Komitəsi “Zaqatala” – “Səbail-2” oyununun videogörüntüləri izləyib və buna əsasən protokolda “Zaqatala” komandasının 4 nömrəli futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqə ləğv olunub, “Zaqatala”nın 7 nömrəli oyunçusu Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğu təsdiqlənib.

Yuxarıda göstərilənləri nəzərə alaraq “Zaqatala” komandasının 7 nömrəli futbolçusu Elşad Əliyev 1 oyun cəzalanıb, klub 80 manat cərimələnib.

Son yazılar

To Top