Almeydalı “Baniyas” yarımfinalda dayandı
11.03.2020 , 16:37

Birləşmiş Ərəb Əmirliklərinin “Prezident kuboku”nda yarımfinal oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Riçard Almeydanın formasını geyindiyi “Baniyas” “Əl-Dafra”ya əlavə vaxtda 0:1 hesabı ilə uduzub və mübarizəni dayandırıb.
Almeyda start heyətdə oyuna çıxıb və əlavə vaxt olduğu üçün 120 dəqiqə mübarizə aparıb.
