Türkiyənin 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Çorum”u qəbul edib və 0:3 hesabı ilə məğlub olub.

Diniyev matçın 46-cı dəqiqəsində meydana çıxıb.

“Ümraniyəspor” hazırda 2 xalla 17-ci pillədə qərarlaşıb.