"Mançester Yunayted" daha bir ulduz futbolçunu heyətinə qatıb.
Korner.az-ın melumatına görə "qırmızı şeytanlar" "Real" forması geyən Anhel Di Mariyanın keçidini rəsmiləşdirib. Britaniya mətbuatına inansaq, futbolçu artıq tibbi müayinədən keçib. Müqavilə şərtlərinin yaxın zaman ərzində açıqlanmasi gözlənilir.
Qeyd edək ki, argentinalı futbolçu MY-ə 75 milyon pound əvəzində transfer olub.