Demiral Türkiyəni terrorda günahlandıran Markizioya cavab verdi
11.10.2019 , 20:00
Karyerasını başa vuran “Yuventus”un sabiq futbolçusu Klaudio Markizio Türkiyənin Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatı pisləyib.
Korner.az xəbər verir ki, Türkiyəni kürdləri bombalamaqda günahlandıran italiyalı futbolçu sosial şəbəkə hesabında bunları qeyd edib:
“Dünyanın boş yerə çevirildiyini görürəm. Bir gün bizi də yox edəcək fırtınanın yaxınlaşdığını hiss edirəm. Milyonların acısını çəkirəm. Türkiyə Suriyadakı kürdləri bombalamağa başladı. Bu dünya üçün böyük utancdı. Hər ölümə görə özümüzü günahkar hiss etməliyik”.
“Yuventus”un türkiyəli futbolçusu Merih Demiral isə veteran futbolçuya sosial şəbəkədə cavab verib:
“PKK qadınlar, uşaqlar və körpələr daxil olmaqla 40 min insanın ölümünə görə məsuliyyət daşıyır. Türkiyənin missiyası cənubda terror koridorunun yaradılmasını əngəlləmək və 25 milyon suriyalını təhlükəsiz bölgəyə yerləşdirməkdi”.