Premyer Liqanın XVII turu çərçivəsində bu gün “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” klubu şad xəbər alıb.
Korner.az-ın məlumatına görə, uzun müddətdir ki, zədədən əziyyət çəkən Danilo Dias tam sağalıb. O, artıq klubla birlikdə məşqlərdə də iştirak edir.
Braziliyalı hücumçunun “Xəzər Lənkəran”la görüşdə iştirak edib-etməyəcəyi baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardan asılıdır.
