big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Dala bənzəyən başlar

10.02.2012 , 19:29

Bu bir erotik yazı deyil

Qladiator cüssəli Vəli Qasımovun Sankt-Peterburqda ortalığa çıxartıdığı komandanı elə günə saldılar ki, heyət hələ geri qayıtmamış AFFA “iynə”ni qaynamağa qoyub. Qayıdan kimi “gəl hesabat ver” adıyla çağırıb “iynə”sini vuracaqlar. Artıq istefa söhbəti də dövriyyəyə buraxıldı ki, ürəktutması, ürəkbulanması verməsin – iynənin sancılacağı nöqtəni pambıqla massaj edib ağrıya hazırlayırlar ha, bax o cür…

Mən elə düşünürdüm ki, Avropa mədəniyyətini dadmış insan kimi Qasımov o biri məşqçilərimizdən fərqlənər, yəni hardasa rəhbərlikdən özünə qarşı hörmət bəslənilməsini istəyər, hörmət olunmadıqda isə “kapıyı çarpar gedər”. Heyhat, neçə illik Avropa yaşantısı onu tipik azərbaycanlı qəlibindən çıxarmayıbmış. Noyabrın son günlərində U-19-a baş məşqçi təyin edilməsinə doyunca sevinməmişdi və hələ heç atılıb-düşməmişdi ki, AFFA-nın həşəmətli baş katibi Elxan Məmmədov müxbirin gurultulu alqışları ilə müşayiət olunan: “Qasımov bundan sonra əsas millidə yox, yalnız U-19-da çalışacaq. Onun 2 işi görməsi ona görə alınmır ki, milli bir yerdə olanda, Qasımov rəhbərlik etdiyi yığma ilə başqa ölkədə hazırlıq keçir” – açıqlamasını verdi. Komediya bilirsizmi nəydi? Vəli bundan mətbuat vasitəsilə xəbər tutmuşdu. Və nə ilgincdi ki, özünün xəbəri olmadan taleyinin həll olunmasına etiraz etmədi, “kuzu-kuzu” razılaşdı: “Düzü, AFFA-nın baş katibi Elxan Məmmədovun fikirləri ilə tanış deyiləm. Bu xəbəri sizdən eşidirəm. Mənə kimsə nəsə dedikdən sonra daha açıq danışa bilərəm. İndi danışsam, əsas yığmadan kənarlaşdırılmağımla razı olaram”. Və nə ilgincdi ki, danışıqların nəticəsi – təbii ki, əgər danışıq oldusa – haqda heç bir məlumat verilmədi.

…“Turnirin ən intizamsız komandası”, biabırçı məğlubiyyətlər, 12 komanda arasında 12-cilik… Bütün bunlardan sonra utanıb yerə girmək və orda çürüyüb torflaşmaq var ikən, bizim şahənşah günahı kimdə desən axtarıb. Bəli, Peterburq biabırçılığının günahı qapıçıda, hakimlikdə, penalti vura bilməyən futbolçularda… da, da, dadı… Yeganə günahsız Vəlidi. Nə günahı var binəvanın? Axı məşqçilikdə hələ iməkləməyi öyrənməmiş birisi üçün millidə – hətta aşağı yaş qrupu üzrə olsa da – işləmək göydəndüşmə bir şey idi. Nə deyəydi? AFFA-dan qeyrisinə lazım olmayan adam başqa yerdə iş tapa bilməyəcəyinə əmindisə, U-19-da işləməkdən vaz keçərmi? Niyə onminləri, bəlkə də yüzminləri o-bu yeməlidi, hə? Özümüzün baş(ı boş) məşqçilərimizə nə gəlib axı? “Baş” dedim, yadıma Vəlinin əsas millinin qazaxlarla Bakıdakı oyunundan sonra buraxılan iki qola “dalda problemlərimiz var idi” izahı düşdü…

…Qranatkin turniri bilirsənmi nəyi göstərdi, Vəli əfəndi? Onu göstərdi ki, sən illərlə Avropada futbol oynaya bilərsən, ancaq Avropanın futbolunu oynada bilməzsən. Onu göstərdi ki, soxhasoxda adamı harasa soxa bilərlər, ancaq onun bədən ölçüləri soxulduğu yerə uyğun gəlməyəndə ya soxulduğu yerdə itib-batar, iylənər, ya da ağrı verər. Onu göstərdi ki, vaxtilə babat futbol oynamış ola bilərsən, ancaq danışığın kimi, məşqçiliyin də yerlə sürünən balaq kimidi – kir-pas içində. Onu göstərdi ki, belə məğlubiyyətlərdən sonra baş məşqçi qarımış qız kimi özünü bakirələr kraliçası, başqalarını isə binamus sayacağına, kişi kimi başını baltanın ağzına uzatmalıdı. Və nəhayət… Qranatkin turniri onu – kim bilir neçənci dəfə – göstərdi ki, Qasımov, futbolumuzda problem, heç də sənin dediyin kimi, dalda deyil, başdadı.

Futbolumuz Kütləvi Baş Çatışmazlığı Sindromundan əziyyət çəkir, qardaşlar. Təhlükəli virusdu, başınızı qoruyun…

Son yazılar

To Top