Daha iki ölkədə mövsüm bərpa olunur – Rəsmi
06.05.2020 , 20:23
Xorvatiya və Serbiyada futbol mövsümünün davam etdirilməsinə qərar verilib.
Korner.az xəbər verir ki, bu barədə hər iki ölkənin futbol federasiyası açıqlama yayıb.
Serbiyada mayın 30-dan yüksək liqa və kubok oyunları davam etdiriləcək. Xorvatiyada isə kubok oyunları 30 və ya 31 may, yüksək liqa matçları isə iyunun 6-dan başlayacaq. Bütün oyunlar azarkeşsiz keçiriləcək.