Daha bir taekvondoçumuz medalsız qaldı
01.06.2023 , 15:16

Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.
Korner.az xəbər verir ki, Xanoğlan Kərimov (65 kq) 1/64 finalda portuqaliyalı Alfredo Martinsi, 1/32 finalda Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib.
Lakin Kərimov 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzub və mübarizəni dayandırıb.
