“Qalatasaray”dan surpriz transfer iddiası
01.06.2023 , 14:59

“İnter”lə müqaviləsi başa çatan ulduz müdafiəçi Stefan de Vriy üçün transfer iddiası gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu ilə “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray” kimi klubların maraqlandığı bildirilir.
Türkiyə mətbuatının xəbərinə görə, futbolçunun menecerinin danışıqlar üçün İstanbula gələcəyi gözlənilir.
Mina Musayeva
