Daha bir ölkədə çempionat bərpa olunacaq
05.05.2020 , 16:20
Koronavirus pandemiyasına görə təxirə salınan daha bir ölkə çempionatının bərpa tarixi müəyyənləşib.
Korner.az xəbər verir ki, Macarıstan çempionatı mayın 30-dan etibarən davam etdiriləcək. Kubok oyunları isə mayın 23-də keçiriləcək.
Çempionatın iyunun sonuna kimi başa çatdırılması planlaşdırılır.