Coşqunun komandasında yeni futbolçu
05.02.2024 , 17:46

“Ümraniyespor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, 1-ci liqa təmsilçisi “Beşiktaş”dan Emrecan Bulutu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı hücumçu 2023/24 mövsümünün sonunadək “Ümraniyespor”da çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev də bu klubun formasını geyinir.
