Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Real”ın hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib.
Portuqaliyalı futbolçu Neymar (PSJ), Robert Levandovski (“Bavariya”), Yannik Karrasko (“Atletiko”), Eden Hazard (“Çelsi”), Timo Verner (“Leyptsiq”), Harri Keyn (“Tottenhem”) və Lorenso İnsinyeni (“Napoli”) qabaqlayıb.
Ronaldo APOEL-ə 6:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib.