ÇL-də həftənin ən yaxşısı adına namizədlər
11.03.2021 , 15:40
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Borussiya”dan (Dortmund) Erlinq Haland, “Portu”dan Serjiu Oliveyra, PSJ-dən Keylor Navas və “Liverpul”dan Fabinyo yer alıb.
Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək