"Bu cür oyundan sonra nə demək olar? Bu gün meydanda bir komanda var idi: "İnter".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilmiş "İnter" – "Simurq" oyunundan sonra qonaq komandanın baş məşqçisi Georgi Çixradze deyib.
Gürcü çalışdırıcı "Şəfa" stadionunda iki "qardaş"ın düzəltdiyi şouya don da geyindirib: "İlk dəqiqələrda qol buraxmağımız və qırmızı vərəqə almağımız belə məğlub olmamıza səbəb oldu".
