Çexiya millisinin sabiq futbolçusu Vatslav Drobnı 32 yaşında ölüb.
Korner.az-ın məlumatına görə, Drobnı xizək sürərkən ağacla toqquşub. Ağır kəllə-beyin travması alan Drobnı bir müddət sonra xəstəxanada keçinib.
Qeyd edək ki, Vatlav Drobnı müdafiəçi mövqeyində çıxış edib. O, 2002-ci ildə Avropa çempionu olmuş Çexiyanın gənclər yığmasının kapitanı idi. Karyerasının böyük hissəsini əcnəbi klublarda keçirmiş Drobnı 2011-ci ildə karyerasını başa vuraraq, şərhçi vəzifəsinə keçib.