big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Çesnauskis mənə demişdi ki, nə vaxt irəli çıxmaq istəsən, mənə de ki, “go, go” – (MÜSAHİBƏ)

06.02.2013 , 22:09

“Bakı”nın müdafiəçisi Edemir Rodrigesin “Toplu Bakı” jurnalına müsahibəsi.

– Edemir, uşaqlığın necə keçib?
– Uşaqlığım çox yaxşı keçib, yaddaqalan olub. Ailədə 9 uşaq olmuşuq. Hamımız da çox mehriban, ailədə həmişə birlik olub. Uşaqlığımız da, demək olar, küçələrdə futbol oynamaqla keçib.

– Bəs uşaqlıqda necə uşaq olmusan – sakit, yoxsa nadinc?
– (Gülür). Ohoo, çox e çox. Həddindən artıq nadinc uşaq olmuşam.

– Kiminləsə dalaşdığın vaxtlar olub?
– Çox olub. Uşaq vaxtı belə şeylər normal qarşılanır.

– Az öncə qeyd etdin ki, ailədə 9 uşaq olmusuz. Məlum məsələdi ki, çoxuşaqlı ailələrdə həmişə müəyyən problemlər olur. Xüsusən də maddi cəhətdən evin başçısı üçün ailənin ehtiyaclarını təmin etmək çətin olur. Maraqlıdı, Edemir Rodrigesin ailəsində hansı çətinlikləri olub?
– Heç bir çətinliyimiz olmayıb. Daha doğrusu, atam əlindən gələni edib ki, bizim üçün heç bir çətinlik olmasın. O, bizim üçün bir çox çətinliklərə qatlaşıb, bizim yolumuzda hər şey edib. Biz də öz növbəmizdə atamızı həmişə özümüzə örnək saymışıq, həmişə çalışmışıq ki, onun kimi olaq.

– Uşaq vaxtlarından futbol həvəskarı olduğunu, gününün məhlədə top qovmaqla keçdiyini dedin. Maraqlıdı, bəs peşəkar futbola gəlişin necə olub?
– Peşəkar futbola elə məhlə futbolundan gəlmişəm. Az öncə dediyim kimi, uşaqlığımız küçələrdə futbol oynamaqla keçərdi. Hətta futbola o qədər aludə olmuşdum ki, oxumaq da yaddan çıxmışdı. Dərslərə demək olar, fikir vermirdim, məktəbə getmirdim. Bütün bunların da nəticəsində elə oldu ki, axırda oxumamaq üstündə məni məktəbdən də çıxardılar.

– Futbolu öz istəyinlə seçmisən, yoxsa kiminsə məsləhəti burada rol oynayıb?
– Yox, öz istəyimlə gəlmişəm. Çünki futbolçu olmaq mənim uşaqlıq arzum olub. Bayaq da vurğuladım ki, uşaqlıqdan günümüz məhəllədə futbol oynamaqla keçərdi. Bütün dost-tanış, qohumlar- hamımız bir yerdə olurduq. Elə oldu ki, sonradan bu həvəs məni futbol bölməsinə gətirib çıxardı.

– Artıq neçə ildi ki, futboldasan. Bu müddət ərzində ola bilməz ki, başına maraqlı hadisələr gəlməsin. Futbolla bağlı başına gələn ən maraqlı hadisəni bizə danışa bilərsən?
– Futbolla bağlı başıma gələn ən maraqlı hadisə elə “Bakı”ya keçəndən sonra olub. Yeni gəldiyim vaxtlarda dillə bağlı da ciddi problemim olduğundan oyunlarda komanda yoldaşlarımla yaxşı anlaşa bilmirdim. Oyunların birində maraqlı bir əhvalat yaşandı ki, indi onu sizə də danışacam. Deməli, De-vidas Çesnauskis mənə demişdi ki, nə vaxt irəli çıxmaq istəsən, mənə de ki, “go, go”, mən çıxım qabağa, sənə də dəhliz açılsın, arxadan hücuma qoşul. Epizodların birində mən Çesnauskisə yox, müdafiəçimiz Denis İvanovsa dedim ki, çıxaq qabağa. Yəni, orada hücuma qoşulmaq yox, sadəcə, bir qədər müdafiədən irəli çıxmaq lazım idi. Mən İvanovsa “go, go” qışqıranda Çesnauskis də elə bildi ki, ona deyirəm və mövqeyini qoyub qabağa şığıdı. Təsəvvür edin, necə mat qalmışdım. İndi ona deyə bilmirəm ki, getmə, səninlə deyiləm, digər tərəfdən də Devidasın mövqeyi boşalıb, hər an əks hücumda bizi tuta bilərlər. Bax, bu əhvalat maraqlı əhvalat kimi yadımda qalıb.

– Karyeran ərzində ən yadda qalan hansı oyunu hesab edirsən?
– İki oyunu qeyd edə bilərəm. Bunlardan biri Boliviya yığmasının heyətində keçirdiyim ilk oyundu. Digər oyun isə Libertadores kuboku çərçivəsində “Bolivar”ın heyətində “Palmeyras”a qarşı oyun olub. Həmin oyunda Dünya çempionu Markoya qol vurduğumu da qeyd edə bilərəm.

– Artıq bir müddətdi ki, Azərbaycandasan, Bakıda yaşayırsan. Bakı necə şəhərdi, xoşuna gəlir?
– İlk 6 ayda çox çətin oldu. Çünki ailəmdən uzaqda idim və onlar üçün darıxırdım. Həm də karyeramda ilk dəfə idi, belə halla üzləşdiyimdən ikiqat çətin idi. Ancaq indi artıq heç bir problem yoxdu, ailəm də yanımdadı. İnanıram ki, növbəti 6 ay daha uğurlu keçəcək.

– Azərbaycanın bölgələrində olmusanmı, hansı bölgəni daha çox bəyənmisən?
– Təbii ki, olmuşam və deyərdim ki, Qəbələni çox bəyənmişəm. Gözəl yerdi, səfalı təbiəti var və eyni zamanda futbol oynamaq üçün də orda bütün şərait var. Bu mənada orada futbolu daha yaxşı inkişaf etdirmək olar.

– İndi isə oxucular üçün daha da maraq doğuracaq suallara keçək. Etiraz etmirsən?
– Buyurun, problem yoxdu.

– Ən sevimli futbolçun?
– Kafu.

– Hansı parfümdən daha çox istifadə edirsən?
– Konkret bir marka yoxdu ki, deyim, adətən, ondan istifadə edirəm. Yəni belə, hansı əlimə keçdi, ondan da vururam (gülür).

– Ən çox bəyəndiyin avtomobil markası?
– "Nissan" və "Mitsubisi" modellərini daha çox bəyənirəm.

– Bəs özün hansı modeli sürürsən?
– Hazırda maşınsızam, maşınımı satmışam.

– Azərbaycanda yoxsa, Boliviyada?
– Boliviyada.

– Ən çox hansı milli komandanın oyununu bəyənirsən?
– Braziliya yığmasının. Bir də öz milli komandamızın oyunun bəyənirəm. Düzdü, bir vaxtlar heç də yaxşı nəticələr göstərmirdi ki, bu da azarkeşlərimizi məyus edirdi. Ancaq deyərdim ki, son zamanlar Boliviya millisinin oyununda da irəliləyiş, inkişaf var və ümid edirəm ki, yaxın gələcəkdə hər şey bundan da qat-qat yaxşı olacaq.

– Bəs, ən çox hansı klubu bəyənirsən?
– “Flamenqo”.

– Sonda. Messi, yoxsa Ronaldo?
– Messi.

Son yazılar

To Top