“Yuventus”la “Real” arasındakı Çempionlar Liqasının final matçı bir yeniliklə yadda qalacaq.
Korner.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turniri ilk dəfə üstüqapalı stadionda keçiriləcək.
Bu barədə Uels Futbol Federasiyası qərar verib. Səbəb isə bir neçə gün öncə Mançesterdə baş verən terror hadisəsidir. Yerli meriya mümkün təhlükələrdən sığortalanmaq üçün Kardiffdəki “Millenium” stadionunu üstünü qapatmağı uyğun sayıb.
Bu səbəbdən final oyunu ilə bərabər bir gün əvvəl baş tutacaq hər iki komandanın məşqi də qapalı vəziyyətdə keçiriləcək.