Çempionlar Liqasınnı 1/8 finalında sabah baş tutacaq “Mançester Siti” – “Barselona” matçı bu mərhələnin meydana çıxacaq futbolçuların qiymətinə görə ən bahalı oyunu olacaq.
Korner.az-ın transfermarkt.com saytına istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun oyunçularının qiyməti 588 milyon, “Mançester Siti”ninki 451 milyon avrodur. Bu isə o deməkdir ki, “Etihad” stadionunda baş tutacaq qarşılaşma 1 milyard avroluq heyətə malik olacaq.
Qeyd edək ki, “Barselona”da ən bahalı futbolçu Lionel Messi (120 milyon avro), “Mançester Siti”də isə Serxio Aquerodur (45 milyon avro).
Əlavə edək ki, Premyer liqa təmsilçisi tarixində ilk dəfə olaraq Avropa kuboklarında “Barsa” ilə qarşılaşacaq.
