big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bəyənilmədi və yola saldıq getdi” – MÜSAHİBƏ

03.02.2013 , 08:49

Çempionatın 2013-cü ildəki bölümünə hazırlaşan "Rəvan”nın planlaşdırılan bütün yoldaşlıq matçlarını keçirdiyini və artıq tamamilə Premyer Liqanın fevralın 9-da "Turan”a qarşı evdə keçirəcəyi oyuna hazırlaşdığını xəbər vermişdik.

Korner.az-ın məlumatına görə, komanda 4 yoxlama matçı keçirdi ki, bunlardan 3-də rəqibləri ilə 1:1 oynayan "uçan aslanlar” əvəzedicilərə dərs keçdi – 3:0.

Bəs görəsən baş məşqçi bu hazırlıq barədə nə düşünür? Ramil Əliyev klubun rəsmi saytına bu və başqa məsələlər haqda danışıb.

– Artıq 4 yoldaşlıq oyunu arxada qalıb. Yalnız əvəzediciləri uda bildik…
– Yoldaşlıq oyunlarında nəticə əsas olmur. 4 oyun keçirməyimizin də səbəbi var. İlk 2 matçı keçirməklə bir növ əsas heyəti müəyyənləşdirməyə çalışdıq. Sonrakı 2 oyun isə futbolçular arasındakı anlaşma səviyyəsini artırmaq üçün idi. Yəni nəticəni düşünmürdük. Özünüz də gördüz ki, oyunların hamısında heyəti praktiki olaraq tam dəyişirdim. İndi sınamasam, harada sınayacam?! I divizion komandaları da bizə qarşı çox aqressiv oynayır. Həm "Qaradağ Lökbatan”, həm də "Neftçala” ilə oyunlarda rəqib aqressivlik həddini aşırdı. Bir tərəfdən bunu normal hal kimi qiymətləndirirəm. Axı futbolçular məşqçinin gözünə girməyə çalışır. Premyer liqa təmsilçisi ilə matçlarda isə onların mübarizliyi daha da artır. Təbii, qələbə qazanmaq istəyirdik, amma olmadı. Hər oyunda qələbəmizə müxtəlif səbəblər təsir etdi. Konkret son oyunumuzda hakimin gülməli penaltisini vurğulaya bilərəm. Hər belə mübarizəyə görə qayda pozuntusu qeydə alınsa, onda gərək hər dəqiqə fit səslənsin.

– Ümumilikdə toplanışı necə dəyərləndirirsiz?
– Fikrimcə, toplanış yaxşı keçdi. Əsas odu ki, istəyimizi futbolçulara tam başa saldıq. Ümidvaram ki, çempionatda bunun bəhrəsini görəcəyik.

– Komanda hal-hazırda çempionata neçə faiz hazırdı?
– Premyer liqanın oyununa kimi hələ qarşıda 1 həftə də vaxtımız var. Matça qədər hardasa 70-80 faiz hazır olacağıq.

– Baş məşqçi kimi təxminən bir aydı fəaliyyət göstərirsiz. İşinizdən nə dərəcədə razısız?
– O qədər də razı deyiləm. Görüləsi işlər hələ çoxdur. Gəlin nəzərə alaq ki, futbolda 1 ay o qədər də böyük müddət deyil. Yavaş-yavaş öz istədiyimə nail olacam.

– Bu 1 ay ərzində oyun fəlsəfənizi futbolçulara tam aşılaya bilmisiz?
– Tam deməzdim. Ancaq 70-80 faiz anlayırlar ki, biz onlardan nə tələb edirik. Əsas məqsədimiz həm oyuna, həm də topa nəzarət etməkdir. Bu tam fərqli şeylərdi. Qol vurana kimi topun bizdə olmasına çalışırıq. İndi əsas məqsəd məhz budu. Texniki planda bəzi axsamalar var. Ancaq tədricən bunu da yoluna qoyacağıq. Rəsmi oyunlarda artımı özünüz də hiss edəcəksiz.

– Yeni futbolçular hələ olacaq?
– Transfer fəaliyyətimiz hələ bitməyib. Bir neçə futbolçu da baxışa gələcək. Onlar həm yerlilərdən olacaq, həm də legioner. Bizə hələ 2-3 mövqeyə futbolçu lazımdı.

– Baxışda olan Kirill Sidorenkonun durumuna aydınlıq gəlib?
– Ona birinci hissə şans verdim. Amma ciddi heç nə ilə yadda qalmadı. Bu futbolçu legioner kimi bizə yaramadı. Bəyənilmədi və yola saldıq getdi.

Son yazılar

To Top