Çempionlar Liqasının qrup oyunları ççərçivəsində artıq 4-cü tur yekunlaşdı.
Korner.az-ın məlumatına görə, "Qalatasaray"ın futbolçusu Burak Yılmaz dünən "ÇFR Kluj"la oyunda het-trik etməklə bombardirlər sırasında liderlik mövqeyində qərarlaşıb. . Burak Lionel Messi ("Barselona" – 3 qol), Zlatan İbrahimoviç (PSJ – 2 qol), Pizarro ("Bavariya" – 3 qol), kimi ulduzları qabaqlayaraq Roberto Soldado ("Valensiya" – 4 qol), Huntelearla ("Şalke" – 4 qol) eyni pillədə qərarlaşıb.
Burak Yılmaz Kristiano Ronaldodan cəmi bir qol az vurub.
