Bundesliqa: Turun açılış oyununda “sülh”
01.04.2023 , 11:25

Almaniya Bundesliqasında XXVI tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Ayntraxt” doğma meydanda “Bohum”la qarşilaşıb. Görüşdə qalib müəyyənləşməyib.
Almaniya Bundesliqası
XXVI tur
31 mart
Ayntraxt Frankfurt – Bohum – 1:1
Qollar: R.Kolo Muani, 22 (pen.) – T.Asano, 14
1 aprel
17:30 Frayburq – Herta
17:30 Leypsiq – Maynts
17:30 Şalke – Bayer
17:30 Yunion – Ştutqart
17:30 Volfsburq – Auqsburq
20:30 Bavariya – Borussiya Dortmund
