Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Keşlə” – “Kəpəz” (2:0) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırdı
O, əvvəlcə görüş barədə fikirlərini bildirdi:
– Yaxşı nəticə qazanmaq istəyirdik. Cavab oyunu öncəsi sərfəli nəticə əldə etmək fikrindəydik. Təəssüf ki, alınmadı. Amma cavab matçı var. Komandama inanıram. Bu məğlubiyyətin əvəzini çıxa bilərik. Hələ ki, heç nə itirilməyib. Şanslar 50%50-yədi.
– Legionerlərdən yaınız Dedimar Ferreyra oyunda idi. Digərlərinin adı matçın iştirak ərizəsinə də daxil edilməmişdi. Bu, o deməkdi ki, həmin futbolçular göndəriləcəklər?
– Biri zədəlidi. Samba Diallo keçən matçdan sonra zədələnib. Oseqeyl isə hazır deyildi. Ona görə də iştirak ərizəsinə daxiul etmədik.