Bu futbolçu da virusa yoluxdu
04.01.2022 , 19:11

“Qalatasaray”ın futbolçusu Patrik van Anholt koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, futbolçunun COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 29 oyunda 1 qol, 2 asistlə yadda qalıb.
