"Bakı" bu əzmkar heyəti ilə çoxlarına başağrısı olacaq. Bilirdim ki, "Partizan"ın məşqçisi oyunumuzu izləyir. Ona görə də, kartlarımızı açmaq istəmədim"
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. "Bakı"nı məğlub etməklə (1:0) bu mövsüm ilk qələbəsini alan "flaqman"ın çalışdırıcısı, həmçinin, bunları dilə gətirib:
"Vobayla Flavinyo potensiallarından aşağı oynadılar. Deyirdilər ki, transfer lazımdı. Men transfersiz gəlmişəm pley-offa. Kanales hazır gəlib, ondan narahatlığımız yoxdu"