big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Böyük oyun”un azarkeş qalmaqalı: stadiona girə bilməyənlər, “artıqlar” və… – PARADOKS

31.03.2014 , 10:00

"Böyük oyun"dan 2 gün keçsə də, matçda baş verənlər hələ də gündəmdədi. İntizam Komitəsinin qərarına əsasən, "Xəzər Lənkəran"lı azarkeşlərin stadiona buraxılmaması fonunda "Neftçi" 2000 bilet sifariş etmiş və satışa buraxmamışdı. Belədə "Bakcell Arena"ya gedən yol "ağ-qaralar"ın fan-klubundan keçirdi – bilet almaq üçün fan-kluba müraciət edilməliydi. Ancaq iş ondadı ki, oyunun başlanmasına bir qədər qalmışdan əlində bilet olan azarkeşlərin üzünə qapılar qapadılmışdı. Daha bir maraqlı məqam isə "Neftçi"nin 2000 bilet sifariş etdiyi halda oyunun protokolunda 4000 azarkeşin göstərilməsidi. Bileti ola-ola stadiona girə bilməyənlər var ikən Əlavə 2000 nəfər arenaya necə daxil olmuşdu bəs?

"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyir ki, 2000 bilet ilkin mərhələ üçün nəzərdə tutulubmuş, sonradan əlavə 1500 bilet də sifariş edilib: "2000 bilet az olduğundan oyundan bir gün əvvəl əlavə olaraq 1500 bilet sifariş etdik. Yəni oyuna ümumilikdə 3500 bilet sifariş olunmuşdu. 1000-ə yaxın da dəvətnamə paylanılmışdı".

Gündüz bəydən oyundan əvvəl biletli azarkeşlərin stadiona buraxılmamasının səbəbini də soruşduq: "Bu məsələlərə AFFA nümayəndəsi nəzarət etməli idi. Çünki polis özbaşına qapıları bağlaya bilməz. Onlar yalnız AFFA nümayəndəsinin göstərişi ilə hərəkət edirlər".

"Neftçi" rəsmisinin oyunun fasiləsində stadionu tərk edən azarkeşlərin ikinci yarıda arenaya buraxılmamalarına münasibətini də öyrəndik. Məlum oldu ki, bunda da polisi günahlandırmaq doğru deyil: "Polislər bizim azarkeşləri qapı arxasındakı tribunadan çıxartmağa başlayanda etiraz etdik. Bizə dedilər ki, Gülağa Cabarov deyib, biz də edirik. Halbuki Cabarov o oyunun hakim-inspektoru idi, azarkeş məsələlərinə görə AFFA nümayəndəsi məsuliyyət daşımalıdı. O ki qaldı birinci hissədən sonra stadionu tərk edən azarkeşlərin geri qayıda bilməmələrinə, bu da AFFA nümayəndəsinin istəyi ilə edilib. Yəqin düşünüblər ki, içəridən çıxan bir azarkeş özüylə 10 bilet götürə və bayırdakı 10 dostunu stadiona keçirə bilər".

Son yazılar

To Top