“Komandada hər şey qaydasındadı. “Xəzər Lənkəran”a qarşı oyuna adi qaydada hazırlaşmışıq. Bu bizim üçün təqvimin bir oyunu olacaq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi bu qarşılaşmanın artıq “Böyük oyun” olmadığını bildirib: “Böyük oyun” 3-4 il əvvəl var idi, indi elə şey yoxdu. “Xəzər Lənkəran” turnir cədvəlinin 7-ci pilləsindədi, biz 2-ci pilləsindəyik. Biz meydana çıxıb sakit tərzdə öz oyunumuzu oynayacağıq. Kim güclüdüsə, qalib gəlsin.
