big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Ağ-qara” komediya (YAZI)

29.03.2014 , 07:07

Ah “Skenderbeu”. Sənə məğlub olduqdan sonra flaqmanımızın nə vəziyyətə düşəcəyini bilsəydin, bəlkə də o qələbəni qazanmazdın. Əslində, günahkar sən də deyildin, günahkar sənin Albaniya çempionu olduğunu dərk etməyən rəhbərlik və verdiyi açıqlamalarla “arxı keçməmiş hop deyən” Böyükağa müəllim idi. Hər nə isə. Aylar öncəsinə qayıdıb qaysaq tutub, qabıq bağlamış yaraları qopartmaq niyyətindən uzağam. Amma fakt budur ki, Korça yenilgisindən sonra “ağ-qaralar”ın başına gəlməyən qalmayıb. Domino daşları kimi dağılan komandada son turlarda alınan uğurlu nəticələrlə nələrinsə düzəldiyini, problemlərin səngidiyini güman etsək də, klubun düşərgəsindən gələn növbəti qalmaqallı xəbər bütün bu düşüncələri alt-üst etdi. Yəqin ki, Rəşad Sadiqovla bağlı söz-söhbətləri nəzərdə tutduğumu anladınız.

İntizamsızlığa yol verdiyi əsas gətirilən Sadiqov əvəzedici heyətə göndərildi. Mənə maraqlıdır, “Neftçi” rəhbərliyi intizamsızlıq deyəndə  konkret olaraq nəyi nəzərdə tutur? Son 1 ildə klubun oyunçularının çıxmadıqları hoqqa qalmadığı halda, onlara bir dəfə də olsun “gözün üstə qaşın var” deməyən rəhbərlik indimi ayılıb? Azarkeşlərə orta barmaq göstərmək üzrə “peşəkarlaşan”, sosial şəbəkələrdə hakimi təhqir etməkdən belə çəkinməyən Mahir Şükürova nəinki cəza verməyən, hətta zaman-zaman onu müdafiə edənlərin Sadiqova intizamsızlıq etdiyinə görə cəza verməsi gülünc deyilmi?

“Neftçi”nin ən böyük problemi komandadakı “avtoritetlərdir”. İnsanda elə təsəvvür yaranır ki, komandanı futbolçular idarə edir. Nə qədər ki rəhbərlik futbolçulara “qulaqburması” verməyəcək, onlar da xoşlarına gələn baş məşqçini saxlayacaq, xoşlarına gəlməyəni isə min bir hoqqa ilə vəzifəsindən göndərəcəklər. “Neftçi” rəhbərliyi gərək “ilanın başını” balaca ikən əzəydi. Avroliqanın qrupuna vəsiqə qazandıqdan sonra futbolçuları yerə-göyə sığdırmayan rəhbərlik bunun acısını indi çəkir. “Neftçi”yə futbolçu lazımdır, “avtoritet” yox, hörmətli Sadıq bəy. “Altıncı barmaq”ları kəsməkdən qorxmayın. O “barmağın” acısı zamanla keçəcək. Amma nə qədər ki onu kəsməyəcəksiniz…

Futbolçu komanda üçün nə qədər vacib fiqur olsa da, klubun imicinə zərər vurursa, dərhal getməlidir. Çünki onun qazandırdığı uğurları bərpa etmək olar, zədələdiyi imici geri qaytarmaq isə asan deyil.

P.S. Qışdakı təlim məşq-toplanışı günlərində Şükürov belə bir açıqlama vermişdi: “Böyükağa müəllimlə aramız çox yaxşıdır. Hətta bir-birimizə “ata-oğul”, – deyə müraciət edirik”. Sadıq bəy, olmaya Rəşad “Neftçi” ailəsində ögey övlad elan edilib artıq?

Ürfan Məmmədzadə

Son yazılar

To Top