“Borussiya”da ciddi itki
10.02.2020 , 17:31

“Borussiya” (Dortmund) ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Dortmund təmsilçisinin yarımmüdafiəçisi Yulian Brandt sıradan çıxıb.
O, Bundesliqanın 21-ci turu çərçivəsində “Bayer”ə 3:4 hesabıyla məğlub olduqları oyunda ayaq biləyindən zədələnib.
23 yaşlı futbolçunun yaşlı futbolçunun yaşıl meydanlara dəqiq nə vaxt qayıdacağı açıqlanmır.
