big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bizim üçün “ilk altılıq” hələ “Xəzər-Lənkəran”la matçla başlamışdı” – (MÜSAHİBƏ)

01.03.2013 , 06:30

"İnter"in hücumçusu Baçana Sxadadaze klubun rəsmi saytına "Bakı" ilə keçirilən oyun barədə fikirlərini bölüşüb. Gürcüstanlı forvard “Qarabağ”la oynanılan matç haqqında da danışıb və digər suallara cavab verib.

– Baçana, altıncı gün komanda “Neftçi” ilə uğursuz qarşılaşma keçirdi. Psixoloji planda bu oyunu unutmaq və “Bakı” ilə oyuna köklənmək çətin olmadı?
– Etiraf edim ki, “Neftçi”dən sonra bizim üçün kifayət qədər çətin idi. Biz bu görüşü tezliklə unutmağa çalışdıq, “Bakı” ilə oyunun ilk dəqiqələrindən etibarən həmin qarşılaşmanı artıq unutmuşduq. Komanda oyuna inamla başladı və həmin uğursuzluğu tamamilə unutdu.

– Dünən keçirilən oyunda “İnter” səfər oyun modeli seçdi, lakin kifayət qədər inamlı görünürdü. Komanda qələbəyə yaxın idi, lakin nəticədə heç-heçə qeydə alındı. Azərbaycan Kubokunun ¼ final görüşləri barədə nə deyə bilərsiz?
– Ola bilər biz səfər oyun modelini seçdik, ancaq etiraf etmək lazımdı ki, hücumda biz kifayət qədər inamlı təsir bağışladıq. Belə düzülüşdə hücumçularımız özlərini daha rahat hiss edirlər və bizə arxada çox işləmək lazım gəlmir. Belə düzülüş özünü tam doğrultdu. Bəli, son dəqiqələrdə təəssüfedici qol buraxdıq, amma ümumilikdə hesab edirəm ki, biz oyunun gedişinə nəzarət edirdik. Düşünürəm ki, doğru seçilmiş taktiki sxem oyunumuzda böyük rolu oynadı. Əlavə olaraq demək istəyirəm ki, biz çox güclü rəqibə qarşı oynayırdıq.

– “Şəfa” stadionunda keçiriləcək cavab qarşılaşması ərəfəsində 1:1 hesabı “İnter” üçün daha çox görünür. Faiz nisbətində komandaların şanslarını necə qiymətləndirərdiz?
– Düşünürəm ki, şanlar təqribən bərabərdi. Mən deyərdim ki, 60 faizin 40 faizə “İnter”in xeyrinədi. Lakin öncədən özünə qürrələnərək sağa-sola bəyanat səpələməyə dəyməz, axı “Bakı” çox güclü rəqibdi və bu komandada yaxşı legionerlər və güclü yerli futbolçular var. Onlar sonadək mübarizə aparacqlar. Cavab görüşünə yaxşı hazırlaşmalıyıq və diqqətimizi maksimum dərəcədə cəmləşdirməliyik. Düşünürəm ki, biz ötən nəticəni nəzərə almadan meydançaya çıxmalıyıq. Əgər komanda dünən göstərdiyi oyunu nümayiş etdirərsə, o zaman işlərimiz yaxşı gedəcək.

– Əlbəttə ki, bu barədə danışmaq hələ tezdi, ancaq hər halda “İnter”in bu turnirdə şansını qiymətləndirməyi xahiş edirik.
– Bu, mənim “İnter”də artıq üçüncü mövsümümdü və xatırlayıram ki, 2011-ci ildə kubokun finalında “Xəzər-Lənkəran” komandasına məğlub olduq. Ötən il biz mübarizəni yarımfinalda dayandırdıq. Çox ümid edirəm ki, bu mövsüm bu mükafatı qazanmaq bizə müyəssər olacaq. Etiraf edirəm ki, kubokda, xüsusilə də stadiona daha çox azarkeşin gəldiyi final mərhələsində oynamaq oynamaq çox maraqlıdı. Çempionat bir qədər başqa mövzudu, orada mübarizə təqdim ili ərzində gedir, kubok isə digər planda keçirilən oyundu. Bir çox ölkələrdə lider-komandalar kubok oyunlarına ehtiyat heyətləri çıxarırlar, ancaq Azərbaycan Kubokunda bütün komandalar əsas heyətlərlə oynayır. Bu, kubok yarışını bütün klublar üçün çox cəlbedici edir.

-“İnter” ötən altıncı günü “Neftçi” ilə qarşılaşdı, artıq üçüncü günü kubok turniri çərçivəsində “Bakı” ilə görüşdü. Bazar günü isə bizi çempionat oyunları çərçivəsində “Qarabağ”la daha bir matç gözləyir. Hər üç gündən bir meydançaya çıxmaq çətin deyil? Belə qrafik futbolçularda problemlər yaratmır?
– Mən düşünürəm ki, oyun qrafiki məhz belə olmalıdı. Bu, futbolçular üçün ideal qrafikdi. Ancaq qeyd etməyə dəyər ki, qış fasiləsindən sonra çempionatda keçirilən dörd oyunun hamısını bizim birbaşa rəqiblərimiz olan güclü komandalara qarşı keçirmişik. Demək olar ki, bizim üçün “altılıq” digərlərindən əvvəl başladı. “İnter” üçün “ilk altılıq” hələ “Xəzər-Lənkəran”la matçla başlamışdı. Ancaq bu bizim vəziyyətimizi çətinləşdirir, belə də bu qrafik kifayət qədər doğru görünür. Dörd gündən bir oynamaq futbolçu üçün yaxşıdı: az məşq, daha çox oyun (gülür).

– Artıq bu bazar “İnter”i “Qarabağ”la çətin oyun gözləyir. Ağdam klubuyla keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
– “Qarabağ”la oynamaq həmişə çətin və maraqlıdı. Bu komanda, bizim kimi, ötürmələrlə kombinasiyalı futbol oynayır. Düşünürəm ki, oyun maraqlı və baxımlı alınacaq. Bizə bu oyuna maksimal dərəcədə diqqəti cəmləşdirərək yanaşmaq lazımdı. Bütün futbolçular məşqçinin tapşırıqlarını yerinə yetirməlidilər, ancaq o zaman bu görüşü maksimal sayda xalla başa vura bilərik.

– Maraqlıdı ki, “İnter”in “Qarabağ” üzərində son qələbəsi 2010-cu ilə təsadüf edir. Yəni təqribən üç ildi komandamız Ağdam klubunu məğlub edə bilmir.
– Bu barədə düşünməyə dəyməz. Elə oynamaq lazımdı, sanki bu komandayla ilk dəfədi qarşılaşırıq. Diqqəti bu statiska üzərində cəmləşdirmək lazım deyil. Öz futbolumuzu nümayiş etdirmək lazımdı. Yalnız bu halda biz lazım olan nəticəni əldə edə biləcəyik.

Son yazılar

To Top